logo

Prezident İlham Əliyev Təhsil Nazirliyinə 10 milyon manat ayırdı

16:30 06-05-2020 | icon 2037
Prezident İlham Əliyev Təhsil Nazirliyinə 10 milyon manat ayırdı

Prezident İlham Əliyev  mayın 6-da "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10 milyon manat Təhsil Nazirliyinə ayrılıb.