logo

Polis Nardaranda əməliyyat keçirdi

13:31 06-05-2020 | icon 1974
Polis Nardaranda əməliyyat keçirdi

Bakı sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, əməliyyatı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.