Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov rəhbəri olduğu qurumda islahatlara başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə MTRŞ-dan məlumat verilib.
Bildirilib ki, İsmət Səttarovun imzaladığı əmrlə Asəf Hacıyev MTRŞ Aparatının rəhbəri vəzifəsindən azad edilib. Sədrin imzaladığı digər bir əmrlə isə Fazil Novruzov MTRŞ-ın yeni Aparat rəhbəri təyin olunub.
Xatırladaq ki, Asəf Hacıyev də MTRŞ-ın keçmiş sədri Nuşirəvan Məhərrəmli kimi prezidentin sabiq köməkçisi Əli Həsənovun kadrı hesab edilirdi .