logo

Deputat:"190 manatın verilməsindən insanların böyük qismi narazı qaldı"

12:31 06-05-2020 | icon 2170
Deputat:"190 manatın verilməsindən insanların böyük qismi narazı qaldı"
190 manatla əlaqədar edilən şikayətlərin ardı-arası kəsilmir. Hətta bizə də şikayətlər daxil olur. Müəyyən qrup insanlar dövlətin yardımını ala bilmədi. Düşünürəm ki, əvvəldən bu məsələ ilə bağlı ciddi araşdırma aparılmalı, işsizlərin, ehtiyacı olanların siyahısı tutulmalı idi. Amma bu edilmədi və insanların bir qismi də narazı qaldı.
YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vahid Əhmədov səsləndirib. 
O, qeyd edib ki, əgər pandemiya davam etsə, çox güman ki, dövlət daşçısı tərəfindən əlavə tədbirlər görüləcək, müəyyən göstərişlər veriləcək.
 
Deputat vurğulayıb ki, bu proseslə bağlı şikayətlər hədsiz dərəcədə çoxdur: "Narazılarla bağlı hər hansı qərarın verilməsi ümumi vəziyyətdən asılıdır. Pandemiya davam etsə, çox güman ki, dövlət daşçısı tərəfindən əlavə tədbirlər görücək, müəyyən göstərişlər veriləcək".