logo

 75 yaşlı Hüseynbala Mirələmov "Torqovıy"da...

10:56 06-05-2020 | icon 2093
 75 yaşlı Hüseynbala Mirələmov "Torqovıy"da...

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına görə, 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. 

YeniAvropa xəbər verir ki, maraq və bir o qədər də təəccüb doğuran məqamlardan biri isə məhz ictimaiyyətdə müəyyən nüfuza malik insanların qaydaları asanlıqla pozmasıdır.

Xüsusi karantin qaydalarını pozanlardan biri də sabiq millət vəkili, son parlament seçkilərində dairəsinin nəticələri ləğv olunan , YAP Xətai rayon təşkilatının sədri, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvü, texnika elimləri doktoru, professor Hüseynbala Mirələmovdur. 75 yaşlı Hüseynbala Mirələmov "Torqovıy”da yaz günlərinin dadını çıxararkən kameralaa tuş gəlib. Sabiq deputatı 65 yaşlı Vəsadət Əzizov müşayət edirmiş. 

0-6_1

Maraqlısı isə odur ki,  prezidentin koronovirusla mübarizəyə dəstək çağırışına qoşulanların arasında nə Hüseybala Mirələmova,  nə Hadı Rəcəbliyə, nə də ki, digər  eks-deputatların adlarına rast gəlmək mümkün deyil.
 
0-2_3
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, icazə SMS-i alan yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılır.