logo

Ötən gün xüsusi karantin rejimini pozan 423 sürücü cərimələnib

10:32 06-05-2020 | icon 1834
Ötən gün xüsusi karantin rejimini pozan 423 sürücü cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 5-də saat 00:00-dan mayın 6-da saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 5-də saat 00:00-dan mayın 6-da saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 423 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 48 min 386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.