logo

Abşeronda iki avtomobil toqquşdu: ölən var

23:18 05-05-2020 | icon 1939
Abşeronda iki avtomobil toqquşdu: ölən var

Abşeron rayonunun Saray qəsəbəsində "İran Khodro” və "LADA” markalı iki minik avtomobili toqquşub.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "İran Khodro” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.