logo

İranda koronavirusdan ölənlərin sayı 6277-ə çatıb

22:10 05-05-2020 | icon 2429
İranda koronavirusdan ölənlərin sayı 6277-ə çatıb

Mayın 5-nə olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı 98647 nəfərə, ölənlərin sayı isə 6277 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verirb. Onun sözlərinə görə. xüsusi xəstəxanalarda müalicə alan 79397 nəfər sağalaraq evə buraxılıb.

Prezident Həsən Ruhani dövlət televiziyası ilə çıxışında bildirib ki, İran koronovirusun yayılmasının pik nöqtəsini keçsə də, təhlükə qalmaqdadır. Bəşəriyyət bu virus ilə hələ uzun müddət birgə yaşamaq məcburiyyətində qalacaq.

İran prezidenti nəzərə çatdırıb ki, koronavirusa qarşı vaksin tapılmayınca vəziyyət hər an gərginləşə bilər.