logo

Türkiyədə koronavirusdan gündəlik ölüm halı iki dəfə azalıb

20:17 05-05-2020 | icon 2338
Türkiyədə koronavirusdan gündəlik ölüm halı iki dəfə azalıb

Türkiyədə mayın 5-də 33 min 283 nəfər üzərində test aparılıb. Onlardan 1632 nəfəri xəstə çıxıb. Gündəlik ölüm halı iki dəfə azalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca  özünün "Tvitter" səhifəsində məlumat paylaşıb. Nazir bildirib ki, gün ərzində 5 min 119 nəfər sağalıb, 59 nəfər dünyasını dəyişib. Bununla da ölkə üzrə sağalanların sayı 73 min 285 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.