logo

Yol polisinin fəaliyyətinə həsr olunan yeni videoçarx hazırlanıb

19:10 05-05-2020 | icon 2058
Yol polisinin fəaliyyətinə həsr olunan yeni videoçarx hazırlanıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimində xidmətini əks etdirən videoçarx hazırlanıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, videoda yol polislərinin 24 saat ərzində xidməti öz əksini tapıb. 

Belə ki, karantin dövründə yol polisi tərəfindən yaradılmış postlarda xidmətin yüksək səviyyədə təşkili, vətəndaşlarla ünsiyyət xüsusi olaraq vurğulanıb. 

Bildirilib ki, yol polisinin bu gərgin və çətin xidməti nəticəsində koronovirus pandemiyasının yayılmasının qarşısı alınıb.

Karantin qaydalarına əməl olunmasına ciddi nəzarətin olması, qaydaları pozanların cərimə olunması, eyni zamanda maarifləndirmə işlərinin aparılması öz nəticəsini verir.

Yol polisi bu xidməti ilə vətəndaşların da məmnunluğunu qazanıb.