logo

Metronun mayın 11-də açılması vəziyyətdən asılı olacaq

18:05 05-05-2020 | icon 1883
Metronun mayın 11-də açılması vəziyyətdən asılı olacaq

Metronun fəaliyyətinin bərpa edilməsi koronavirusla bağlı vəziyyətdən asılıdır. Mayın 11-nə doğru xəstəliklə bağlı tendensiyanın necə olacağı bununla bağlı qərar qəbul etməyə imkan verəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, 65 yaşdan yuxarı vətəndaşların küçəyə çıxma məsələsinə də toxunub. Bildirib ki, mayın 11-nə doğru statistika pozitivə doğru meyil edərsə, bu məsələyə də baxılacaq.