logo

Sinoptiklərdən xəbərdarlıq: güclü külək, leysan , şimşək...

14:54 05-05-2020 | icon 2163
Sinoptiklərdən xəbərdarlıq: güclü külək, leysan , şimşək...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
YeniAvropa xəbər verir ki, proqnoza görə,  mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
 
Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə, 3-5 dərəcə aşağı enəcək.
 
Mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq 8-dək əksər rayonlarda havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı gözlənilir. 
 
Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi mayın 7-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə, 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.