logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 3461-ə yüksəldi

21:10 04-05-2020 | icon 2429
Türkiyədə koronavirusdan ölənlərin sayı 3461-ə yüksəldi

Türkiyədə son bir gündə 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə ümumilikdə 3 461 nəfər pandemiyanın qurbanı olub. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O, qeyd edib ki, ölkədə virusa daha 1 614 yoluxma qeydə alınıb. Beləliklə, pandemiya ərzində koronavirusa yoluxanların ümumi sayı 127 659 nəfərə çatıb. 

Koronavirusa yoluxmuş 5 015 nəfər sağalaraq evə buraxılıb. COVID-19-la bağlı 35 771 test aparılıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 2110