logo

Bakıda xarici şirkət rəhbərinin velosipedi oğurlandı

19:55 04-05-2020 | icon 2058
Bakıda xarici şirkət rəhbərinin velosipedi oğurlandı
Bakıda oğurluq hadisəsi baş verib.
YeniAvropa xəbər verir  ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərdən birinin dayanacağında qeydə alınıb. 
Belə ki, naməlum şəxs İtaliya vətəndaşı Sbercio Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayıb.
Daha sonra italyalı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. 
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, S.Purin "Silk Road Shipping" logistika şirkətinin rəhbəridir. O, 2010-cu ildən Bakı şəhərində yaşayır.