logo

Mayın 9-da Moskvada keçiriləcək aviasiya paradının məşqi olub

14:13 04-05-2020 | icon 2142
Mayın 9-da Moskvada keçiriləcək aviasiya paradının məşqi olub

Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Moskvada aviasiya paradının məşqi keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, məşq çərçivəsində 70-dən çox hərbi təyyarə və helikopter Rusiya paytaxtının səması üzərindən uçub.

Qeyd edək ki, Rusiyada mayın 9-a nəzərdə tutulmuş Qələbə Paradı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi ilə əlaqədar paradın və “Ölümsüz alay” yürüşünün 2020-ci ildə keçiriləcəyini bildirib. Lakin tədbirlərinin təşkil olunacağı dəqiq vaxt hələlik açıqlanmayıb.

Mayın 9-da isə Rusiyanın 32 şəhərində aviasiya paradının və atəşfəşanlığın keçiriləcəyi gözlənilir.