Daha 3 rayonun icra nümayəndələri həbs edildi
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Sabirabad, Ağcabədi və Tərtər rayon İcra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Sabirabad rayon İcra Hakimiyyətindən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərovun və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamalarına, M.Cəfərovun və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənovun, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahovun və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilib. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu