logo

Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli”dən 1,9 milyard dollar qazanıb

11:12 04-05-2020 | icon 2436
Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli”dən 1,9 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin əvvəlindən mayın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 1 milyard 983 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə YeniAvropa-ya  ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.