logo

İranda koronavirusdan ölənlərin sayı 6 min 277-yə çatıb

15:11 04-05-2020 | icon 2401
İranda koronavirusdan ölənlərin sayı 6 min 277-yə çatıb

İran koronavirus ilə mübarizəni davam etdirir. Son 24 saat ərzində İranda 1223 nəfər koronavirusa yoluxub, 74 nəfər isə həyatını itirib. Bununla da yoluxanların ümumi sayı 98 min 647 nəfərə, ölənlərin ümumi sayı isə 6 min 277-yə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 79 min 397-dir.

İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi isə jurnalistlərə bildirib ki, koronavirusla mübarizə çərçivəsində 23 milyon nəfər testdən keçirilib. Onun sözlərinə görə xəstələrə yaxşı baxılması və statistik rəqəmlər onu deməyə əsas verir ki, İran COVID-19 virusu ilə effektiv mübarizə aparır. İranın tibb elminin inkişafı nəticəsində virusun daha geniş yayılmasının qarşısı alnıb.