logo

Türkiyədə koronavirusa görə 31 vilayətə giriş-çıxış qadağası uzadıldı

18:35 03-05-2020 | icon 2688
Türkiyədə koronavirusa görə 31 vilayətə giriş-çıxış qadağası uzadıldı

Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 24.00-a qədər uzadılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək. Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq. Hökumət normallaşma prosesinin mərhələli qaydada həllini istəyir. İnfeksiyaya qarşı mübarizə tədbirlərinə edilən dəyişiklik barədə hökumətin iclasından sonra məlumat veriləcək.