logo

Yunanıstanda 5,8 bal gücündə zəlzələ olub

14:50 03-05-2020 | icon 2408
Yunanıstanda 5,8 bal gücündə zəlzələ olub

Yunanıstanın Krit adasının yaxınlığında, İrakliondan 127 kilometr cənubda zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Afina universitetinin seysmologiya laboratoriyası məlumat yayıb. Bildirilib ki,  yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeyd olunub. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.