logo

Çində son sutkada cəmi 2 koronavirusa yoluxma qeydə alınıb

11:36 03-05-2020 | icon 2310
Çində son sutkada cəmi 2 koronavirusa yoluxma qeydə alınıb

Çində son 24 saat ərzində koronavirusa iki yoluxma halı qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, yeni yoluxmalar Şanxay və Şansi şəhərlərində aşkarlanıb. Onlardan biri ölkəyə idxal olunub, digər yoluxma daxildə baş verib. Sutka ərzində koronavirusdan ölüm halı olmayıb.

Qeyd edək ki, dekabr ayından bu yana Çində koronavirusa yoluxmadan 4633 nəfər ölüb, ümumi yoluxma sayı 82 min 877-dir.

Yeri gəlmişkən, hazırda Çində toplam olaraq xaricdən gələn 1 672 nəfər koronavirus xəstəsi var. Onlardan 6-sı ağır vəziyyətdədir, 1 221-i sağalıb, 451 xəstə müalicə alır. O da maraqlıdır ki, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.