logo

Vahid Ələkbərov Bakıdakı mülkünü 15 milyon manata satır

22:47 02-05-2020 | icon 2394
Vahid Ələkbərov Bakıdakı mülkünü 15 milyon manata satır
 
Bakının Tbilisi prospektində yerləşən iqamətgah 15 milyon manata satışa çıxarılıb.
 YeniAvropa xəbər verir ki,bu barədə iqtisadçı-ekspert Qulu İbrahimli məlumat paylaşıb.
Onun sözlərinə görə, dəbdəbəli mülk Rusiyada yaşayan azərbaycanlı neft milyarderi Vahid Ələkbərova məxsusdur: "Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb. Görünür, neftin qiymətinin kəskin düşməsi milyarderi Bakıdakı iqamətgahının saxlanması xərclərindən də azad olmağa vadar edib.
Tbilisi prospekti, "Europa" hoteli və Heydər Əliyev adına İdman Sarayının yaxınlığında yerləşən gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 m2 ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub. Yaxşı baxılmış mevə və dekorativ ağacları olan gözəl bağı var.”