logo

Milli Məclisdə yeni şöbə yaradıldı

21:15 02-05-2020 | icon 2128
Milli Məclisdə yeni şöbə yaradıldı

Milli Məclisdə struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

Sərəncamla parlamentdə yeni Yerli icra hakimiyyətləri ilə iş şöbəsi yaradılıb. Yeni şöbənin müdiri isə Rüstəm Mahmudov təyin edilib.