logo

İranda zəlzələ oldu

13:57 02-05-2020 | icon 2520
İranda zəlzələ oldu

Bu gün səhər saatlarında İranın cənub regionunda 5,0 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Körfəz sahilindəki Bəndər-Abbas şəhəri yaxınlığında baş verib və ətraf rayonlarda da hiss olunub. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və xilasedicilər göndərilib. Dağıntılar və insan tələfatı haqqında hələlik məlumat verilməyib.