logo

Koronavirus pandemiyasından Avropada ölənlərin sayı 140 mini ötdü

12:49 02-05-2020 | icon 2464
Koronavirus pandemiyasından Avropada ölənlərin sayı 140 mini ötdü

Koronavirus pandemiyası nəticəsində Avropada ölənlərin sayı 140 min nəfəri ötüb.

YeniAvropa xəbər verir ki, "AFP" agentliyinin rəsmi hökumət məlumatları əsasında hazırladığı statistikaya əsasən, bu qitədə ölüm halları 140096 nəfərə çatıb. Avropada yoluxma hallarının sayı isə artıq 1,5 milyon nəfərdən çoxdur. Bununla da Avropa pandemiyanın ən ağır zərbə vurduğu kontinent sayılır. Hazırda dünya üzrə virusa yoluxanların sayı 3,4 milyon nəfər, virusla əlaqədar ölənlərin sayı isə təxminən 240 min nəfərdir.

Ölkələr üzrə ən çox ölüm halı ABŞ (64 min nəfər), İtaliya (28 min nəfər) və Böyük Britaniyada (27,5 min nəfər) qeydə alınıb.