logo

Türkiyədə koronavirusdan daha 84 nəfər dünyasını dəyişib 

20:33 01-05-2020 | icon 2450
Türkiyədə koronavirusdan daha 84 nəfər dünyasını dəyişib 

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması və gündəlik ölüm statistikasında azalma müşahidə olunmaqdadır. Mayın 1-də ölkə üzrə 41 min 431 nəfər üzərində test aparılıb. Onlardan 2 min 188 nəfər xəstə çıxıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə son rəqəmləri səhiyyə nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 922 nəfər sağalıb, 84 nəfər dünyasını dəyişib. Bununla da ölkə üzrə sağalanların sayı 53 min 808 nəfərə çatıb. Xəstəliyə yeni yoluxma ilə müqayisədə gündəlik sağalanların sayı təxminən iki dəfə çoxdur.

Qeyd edək ki, mayın 1-də yerli vaxtla saat 00.00-da Türkiyədə növbəti dəfə ölkənin 31 vilayəti üzrə komendant saatı tətbiq olunub. Bu dəfə evdən çıxmağa qoyulan qadağa üç gün davam edəcək. Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 30-dək davam edəcək.