Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir
“Azercell”in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqları dəstəkləməkdə davam edir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu dövrdə evdən çalışan Uşaq Paralimpiya Komitəsinin məşqçiləri virtual təlimlər təşkil edir, uşaqlarla onlayn qaydada məşğul olurlar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bütün kütləvi tədbirlərin təxirə salındığı, idman müəssisələrinin fəaliyyətini dayandırdığı bir zamanda bu məşqlər uşaqların aktivliyinin qorunub saxlanmasına, indiki çətin dövrdə onlarda psixoloji problemlərin, ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına xidmət edir.
YeniAvropa xəbər verir ki, uşaqlar üçün cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsi daxil olmaqla 9 idman növü üzrə məşqlər keçirilir. Komitənin səyi ilə 7 il ərzində sağlamlıq imkanları məhdud 200-dən artıq uşağın kütləvi idman tədbirlərində fəal iştirakına nail olunub. Peşəkar məqçilərin dəstəyilə uşaqlar yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak edib, yüksək nəticələr qazanıblar. Son 6 ay ərzində daha 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq Komitənin sıralarına qatılıb.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC-nin 2014-cü ildən etibarən bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün komitənin fəaliyyətini dəstəkləyir.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub