logo

Bakı Apellyasiya Məhkəməsi 2 bankı müflis elan etdi

15:33 01-05-2020 | icon 2807
Bakı Apellyasiya Məhkəməsi 2 bankı müflis elan etdi

Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il tarixli 30 aprel 2-3 (103)-129/2020 saylı qərarı ilə “AtaBank” ASC ,  2020-ci il 30 aprel tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə isə “Amrah Bank” ASC müflis elan olunublar  və onların iflas proseduruna başlanıb.

Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu (ADIF) “AtaBank” ASC və “Amrah Bank” ASC-nin ləğvedicisi təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə ADIF-dən bildirilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub.