logo

Bağlanan banklardakı əmanətlərin qaytarılmasına mayın sonundan başlanılacaq

13:09 01-05-2020 | icon 2695
Bağlanan banklardakı əmanətlərin qaytarılmasına mayın sonundan başlanılacaq

Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə mayın 1-də keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "Atabank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq”, - deyə E.Rüstəmov qeyd edib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub.