logo

Neft Fondu apreldəki valyuta hərraclarında 0,5 milyard dollar satıb

12:10 01-05-2020 | icon 2506
Neft Fondu apreldəki valyuta hərraclarında 0,5 milyard dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aprel ayı ərzində valyuta hərraclarında 531,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, bu ötən aykı göstəricidən təqribən 3 dəfə azdır. 

Xatrıladaq ki, ARDNF tərəfindən mart ayı ərzində valyuta hərraclarında 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.