logo

İranda koronavirusdan ölənlərin sayı 6 mini ötüb

19:32 30-04-2020 | icon 2415
İranda koronavirusdan ölənlərin sayı 6 mini ötüb

 İranda koronavirusun yayılmasının pik həddi arxada qalsa da, ölüm və yoluxma halları artmaqda davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə,  son 24 saat ərzində 983 nəfərin virusa yoluxması, 71-nin isə həyatını itirməsi qeydə alınıb. Beləliklə İranda virusa yoluxanların ümumi sayı 94 min 640 nəfərə, ölənlərin sayı isə 6028 çatıb.

Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 75 min 103 nəfər sağalaraq evə buraxılıb. K.Cahanpur bildirib ki, ölüm hallarının daha da artacağı istisna olunmur. Çünki hazırda 2976 nəfərin vəziyyəti ağırdır.