logo

FIDE-nin reytinqində ilk "onluq"da  1 şahmatçımız var

15:53 30-04-2020 | icon 3388
FIDE-nin reytinqində ilk "onluq"da  1 şahmatçımız var

FIDE şahmatçıların aprel ayı üçün reytinq siyahısını açıqlayıb.

YeniAvropa xəbər verir ki, koronavirus infeksiyası səbəbindən iddiaçılar turnirindən imtina edən şahmatçımız Teymur Rəcəbov 9-cu pillədəki mövqeyini qoruyub (2765). Qrossmeysterimiz Şəhriyar Məmmədyarov da əvvəlki kimi 11-ci pillədədir (2764).

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.

Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou Yifan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Humpi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə yer alıblar.