logo

Dünyada koronavirusdan ölənlərin sayı 220 mini ötdü

22:55 29-04-2020 | icon 2401
Dünyada koronavirusdan ölənlərin sayı 220 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 220 414 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (59 819), İtaliya (27 682) və İspaniyada (24 275) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3 200 000-ə yaxınlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.