logo

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurdu

21:52 29-04-2020 | icon 2415
Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurdu
Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat xalis zərərlə başa vurub.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, rüb ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 0,8 milyon manat, əməliyyat xərcləri 0,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib. 
 
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 16 milyon manat olub. Bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
 
Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,4 milyon manat, o cümlədən aldıqları kreditlər 6 milyon manat, balans kapitalı isə 9,6 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib.