logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 3081 nəfərə çatdı

20:11 29-04-2020 | icon 2359
Türkiyədə koronavirusdan ölənlərin sayı 3081 nəfərə çatdı

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və virusdan ölüm hallarında azalma prosesi davam edir. Aprelin 29-da ölkə üzrə 43 min 498 nəfər üzərində test aparılıb. Onlardan 2936 nəfərin testi müsbət çıxıb. Gün ərzində 5231 nəfər sağalıb. Ən yüksək hədlə müqayisədə gündəlik yoluxma və ölüm hallarında kəskin azalma, sağalma prosesində əhəmiyyətli yüksəliş var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə son rəqəmləri səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə hesabında açıqlayıb.

Bildirilir ki, aprelin 29-da 89 nəfər dünyasını dəyişib. Hazırda ölkə üzrə ölənlərin sayı 3081 nəfər, sağalanların sayı isə 44 min 22-yə çatıb. Reanimasiyada 1574, süni nəfəs aparatında 831 nəfər saxlanılır.

Hesablamalara görə, qarşıdakı günlərdə ölkədə koronavirus testindən keçirilənlərin sayı bir milyonu ötəcək. Müalicəyə cəlb olunalar isə 120 minə yaxınlaşır.