logo

Hillari Klinton Co Baydenin prezidentliyə namizədliyini dəstəklədi

14:34 29-04-2020 | icon 2366
Hillari Klinton Co Baydenin prezidentliyə namizədliyini dəstəklədi

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton sabiq vitse-prezident Co Baydenin ABŞ prezidenti vəzifəsinə namizədliyini rəsmən dəstəkləyib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Klinton öz dəstəyini Baydenin seçkiqabağı kampaniyası çərçivəsində demokratlarla virtual görüşündə ifadə edib. Hillari həmin görüşdə xüsusi qonaq kimi COVİD-19-un qadınlara təsiri barədə nitqlə çıxış edib.

Klinton Baydenə deyib: “Sizin kampaniyanızda ... həm sizi dəstəkləmək, həm də builki prezident seçkilərində müzakirə edilən bir sıra mühüm məsələlərin işıqlandırılmasına kömək məqsədilə iştirak etməyimə çox şadam”.

Xatırladaq ki, 2016-cı ildə Hillari Klintonun seçkiqabağı kampaniyasında Bayden də onu dəstəkləmişdi.