logo

Rusiyada koronavirusun pik dövrü- ilk dəfə 1 gündə ölənlərin sayı 100-ü keçdi

14:13 29-04-2020 | icon 2429
Rusiyada koronavirusun pik dövrü- ilk dəfə 1 gündə ölənlərin sayı 100-ü keçdi

Rusiyada ötən gün ərzində koronavirus infeksiyasına 5841 nəfərin yoluxduğu aşkar edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aprelin 28-də ölkədə daha 5841 nəfərdə koronavirus aşkar edilib. Beləliklə, Rusiyada COVID-19 xəstələrinin sayı 99 min 399 nəfərə çatıb. İlk dəfə olaraq ölkədə bu xəstəlikdən bir gündə 100-dən çox – 108 nəfər vəfat edib. Eyni zamanda, bir gündə 1830 xəstə sağalaraq, xəstəxanadan evə buraxılıb.

Rusiyada indiyədək 972 COVID-19 xəstəsi vəfat edib, 102 min 86 nəfər sağalıb.

Moskvada bir gündə 2220 nəfərdə koronavirus aşkar edilib. Həmin dövrdə Rusiya paytaxtında 67 xəstə vəfat edib.