logo

DTX Biləsuvarın icra başçısını müavinləri ilə birgə  Bakıya gətirdi

12:52 29-04-2020 | icon 2289
DTX Biləsuvarın icra başçısını müavinləri ilə birgə  Bakıya gətirdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

YeniAvropa xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilib ki,  artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Xatırladaq ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeri gəlmişkən, qeyd edək ki, Biləsuvarın icra başçısı Mahir Quliyev 1958-ci ildə Kəlbəcərdə anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə işləyib. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə Səbail rayonunun ictimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib.2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2011-ci ilin aprelində isə Biləsuvara icra başçı təyin olunub.

"Vikipediya"da Mahir Quliyevin təhsili haqda yarım cümlə var- Naxçıvan universitetini bitirib. Tarix filan da göstərilmir. Görünür M.Quliyev ali təhsilni də formal olaraq alıb, yəni saxta diploma malikdir.