logo

Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadıldı

11:59 29-04-2020 | icon 2282
Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadıldı

Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il mayın 31-dək uzadılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, ölkə ərazisinə giriş-çıxışa tətbiq olunan məhdudiyyət daha 1 ay uzadılıb.

Xatırladaq ki, hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıblar.