logo

Dünyada koronavirusa yoluxanların sayı 3,1 milyonu keçdi

10:31 29-04-2020 | icon 2380
Dünyada koronavirusa yoluxanların sayı 3,1 milyonu keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 138 min 903 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Worldometers" məlumat yayıb.

Bildirilir ki, virusdan ölənlərin sayı 218 min 10 nəfərdir. İndiyədək 956 min 64 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.