logo

Paytaxtda küləyinin sürəti saniyədə 30 metrə çatıb

21:49 28-04-2020 | icon 1946
Paytaxtda küləyinin sürəti saniyədə 30 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 28-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, şimal-qərb küləyi əsib, arabir Tərtərdə 27, Naftalanda 26, Gəncə, Neftçalada 20, Bakıda 30, Sumqayıtda 24, Maştağada 19, Zabratda 18, Neft Daşlarında 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürluyu 2.8 metrə çatıb.

Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20, dolunun diametri 2 millimetr olub.