“Azercell”dən müəllimlərə dəstək!
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVID-19) ilə mübarizə şəraitində baş tutan növbəti sosial tədbirdə yer alıb.
YeniAvropa xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə başlatdığı yeni layihəsi çərçivəsində Təhsil Nazirliyinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstək çağırışlarına “Azercell” də qoşulub.
Şirkət bu məqsədlə yaradılmış “Virtual Məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25000-dən artıq müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5GB internet paketi yükləməklə təşəbbüsə öz qatqısını verəcəkdir.
Qeyd edək ki, onlayn tədris üçün internet paket alacaq müəllim-pedaqoji heyətinin siyahısı www.virtual.edu.az saytında aparılan qeydiyyata əsasən Təhsil Nazirliyi tərəfindən təqdim olunur.
Hədiyyə paketinin qoşulması və aktivləşdirilməsi üçün mövcud olan müəyyən texniki şərtlərlə https://www.azercell.com/az/news/show/1094/ ünvanında tanış olmaq mümkündür.
Məlumat üçün bildirək ki, www.virtual.edu.az saytı istifadəçilərə tədris prosesinə aid tapşırıqları onlayn şəkildə yerinə yetirmək imkanını təqdim edir. Hazırda portalda 600000-dən çox şagird və 50000-dən çox müəllim qeydiyyatdan keçib.
“Azercell Telekom” MMC tərəfindən cəmiyyətimizə dəstək məqsədilə sosial təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir