logo

Həssas qrupda olmayan tələbələr II semestrə görə təhsil haqqı ödəməlidir?

16:29 28-04-2020 | icon 3556
Həssas qrupda olmayan tələbələr II semestrə görə təhsil haqqı ödəməlidir?
"Tələbələrdən alınmış 2-ci semestrin pulu geri qaytarılmalıdır".
 YeniAvropa xəbər verir ki, bu barədə təhsil ekspert Kamran Əsədov Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarından kənar qalan tələbələrdən danışarkən "Qaynarinfo"ya  deyib. Kamran Əsədovun sözlərinə görə, heç bir ali təhsil müəssisəsi online, distant təhsilə görə xidmət haqqı müəyyən etməyib:
"İlk növbədə qeyd edim ki, 2005-ci ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi qaydaları təstiq olunub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ixtisasdan asılı olaraq təhsil haqqının məbləği mövcud qanunvericiliyə uyğun müəyyən edilir və keçirilən dərsin haqının ödənilməsi əks olunur. Yəni, təhsil alan tələbələr tərəfindən təhsil haqqı onların birbaşa əyani və ya qiyabi formada aidutoriyada aldırqları dərsə görə müəyyən edilir. Heç bir ali təhsil müəssisəsi online, distant təhsilə görə xidmət haqqı müəyyən etməyib. Hazırkı mövcud təhsil haqları ali təhsil müəssisəsinin bir tələbə üçün çəkilən xərcləri nəzərə alınaraq müəyyən edilib. İndiki halda isə təhsil ocağ heç bir xərc çəkmir və resurs itirmir. Ona görə də tələbələrdən alınmış 2-ci semestrin pulu geri qaytarılmalı və ya növbəti semestrdə güzəşt edilməlidir".
 
Qeyd edək ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.