logo

Ağdaşdan Bakıya 1,2 kq marixuana gətirmək istədilər

12:31 28-04-2020 | icon 2009
Ağdaşdan Bakıya 1,2 kq marixuana gətirmək istədilər

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçiriblər.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş İdarə əməkdaşlarının Yevlax rayonunda keçirdikləri tədbir zamanı Ağdaş sakinləri Turan Mustafayev və Fazil Məhərrəmov tutulublar. Onların üzərilərində və idarə etdikləri avtomobildə axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə gətirmək istədiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.