logo

Türkiyədə həftə sonu yenə 3 günlük komendant saatı tətbiq ediləcək

20:58 27-04-2020 | icon 2380
Türkiyədə həftə sonu yenə 3 günlük komendant saatı tətbiq ediləcək

Türkiyədə koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində növbəti komendant saatı üç gün qüvvədə olacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı bildirib ki, mayın 1-də qüvvəyə minəcək evdən çıxmaq qadağası mayın 3-ü yerli vaxtla saat 00.00-dək davam edəcək.