logo

Dünyanın ən böyük konteyner gəmisi ilk səfərə çıxıb

19:31 27-04-2020 | icon 329
Dünyanın ən böyük konteyner gəmisi ilk səfərə çıxıb

Dünyanın ən böyük konteyner gəmisi olan "HMM Algeciras" Çinin Çinado limanından Koreya Respublikasının Pusan şəhərinə ilk səfərinə yola düşüb.

 YeniAvropa xəbər verir ki, 24 min konteyner (20 fut ekvivalentində) daşımaq imkanı olan gəminin uzunluğu 400 metrdir. Gəminin göyərtəsinin sahəsi 24 min kvadratmetrdən çoxdur ki, bu da təxminən 3 futbol meydançası deməkdir.

Panama bayrağı ilə üzən "HMM Algeciras" Koreya Respublikasında "Daewoo" gəmiqayırma zavodunda inşa edilib və özündən əvvəlki ən iri gəmidən 200 konteyner daha çox daşımaq imkanına malikdir. Bu yaxınlarda yüksüz vəziyyətdə Çindao limanına gələn gəmi 4560 konteyner götürərək aprelin 26-da Pusana yola düşüb.

Qeyd edək ki, “HHM” şirkəti 2018-ci ildə Koreya Respublikasının 3 iri konserni olan "Daewoo" gəmiqayırma, "Hyundai" və "Samsung" ağır sənaye şirkətləri ilə 20 iri konteyner gəmisinin inşası ilə bağlı müqavilə imzalayıb. Gəmilərin 12-si bu ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulur.