logo

Yay tətili ləğv olunacaq?-Nazir cavablandırdı

18:08 27-04-2020 | icon 3465
Yay tətili ləğv olunacaq?-Nazir cavablandırdı

"Dərs ili müddətinin artırılması və yay tətilinin ləğvi ilə bağlı məsələ real vəziyyət göz önünə gətirilərək öz həllini tapa bilər".

YeniAvropa xəbər verir ki, bu fikirləri aprelin 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov səsləndirib. Onun sözlərinə görə,  bununla bağlı bütün ölkələrin təcrübələri nəzərə alınaraq qərarlar qəbul ediləcək.  Ümumilikdə isə mövcud real vəziyyət yerli kontentə uyğunlaşdırılaraq, dərs ilinin müddətinin uzadılması ilə  bağlı qərar veriləcək.

Təhsil naziri indidən hansısa tarix barədə məlumat verməyin düzgün olmadığını bildirib. "Qərarlar qəbul edilərkən bir sıra yeni normativlər və real şərait nəzərə alınacaq",-deyə nazir vurğulayıb.