logo

Nazir Ceyhun Bayramov "Son zəng"in onlayn keçirilməsini təklif etdi

17:51 27-04-2020 | icon 2961
Nazir Ceyhun Bayramov "Son zəng"in onlayn keçirilməsini təklif etdi

Hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var. Ancaq prioritetləri düzgün müəyyən etməliyik. XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar.

YeniAvropa xəbər verir ki, bu fikirləri aprelin 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov səsləndirib.

Onun sözlərinə görə, bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng"i onlayn da keçirə bilərlər.