logo

Lənkəran sakinindən 6 kq narkotika və qanunsuz silah götürüldü

16:29 27-04-2020 | icon 1925
Lənkəran sakinindən 6 kq narkotika və qanunsuz silah götürüldü

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 5,7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Onun Gərmətük qəsəbəsində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və həmin silaha aid 19 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.