logo

Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxdu,ölü sayı 22 oldu

16:06 27-04-2020 | icon 1911
Azərbaycanda daha 33 nəfər koronavirusa yoluxdu,ölü sayı 22 oldu

Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 23 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü vətəndaş vəfat edib.

"Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1162 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 128 807 test aparılıb",-deyə məlumatda bildirilib.